Əsas məzmuna keç

BƏƏ İrana gizli hücum etmiş ola bilər - İDDİA

BƏƏ İrana gizli hücum etmiş ola bilər - İDDİA

"Wall Street Journal" nəşrinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri İrandakı neft emalı zavoduna zərbələr endirmiş ola bilər.

en ru

Birləşmiş Əmirliklərinin (BƏƏ) İran ərazisinə şəkildə zərbələr endirdiyi iddia olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, BƏƏ-nin Lavan adasında emalı zavodunu hədəfə aldığı güman edilir.

Qeyd edək ki, bir müddət əvvəl Füceyrə əmirliyinin hökumət mətbuat xidməti dron hücumu nəticəsində neft zonalarından birində yanğın baş verdiyini açıqlamışdı.

Fevralın 28-də ABŞ və İsrailin İran ərazisindəki obyektlərə zərbələr endirməyə başladığı və bu hücumlar nəticəsində 3 mindən çox insanın həyatını itirdiyi xatırladılır.

Daha sonra, aprelin 8-də Vaşinqton və Tehran iki həftəlik atəşkəs elan etsələr də, İslamabadda keçirilən danışıqlar heç bir nəticə verməyib.

Hazırda hərbi əməliyyatların bərpası barədə rəsmi məlumat verilməsə də, ABŞ tərəfindən İran limanlarının blokadasına başlanılıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq, İran silahlı qüvvələri üzərində hərbi nəzarət rejimini yenidən bərpa edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…