Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BƏƏ İranın milyardlarla dollarlıq aktivlərini dondurur

1 dəq
Paylaş:
BƏƏ İranın milyardlarla dollarlıq aktivlərini dondurur

Əmirlikləri İranın hücumlarına cavab olaraq milyardlarla aktivləri dondura bilər.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşr qeyd edir ki, ölkədə qeydiyyatdan keçmiş İranın şirkətlərinin aktivlərinin və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hesabların dondurulması məsələsini müzakirə edir.

Bundan əlavə, ölkənin İrana gizli şəkildə pul köçürülən valyutadəyişmə məntəqələrində genişmiqyaslı yoxlamalara başlaya biləcəyi bildirilir. Qeyd olunur ki, İran şirkətləri sanksiyalardan yayınmaq üçün tez-tez BƏƏ-dən istifadə edirlər.

Nəşr vurğulayır ki, əgər bu addım atılarsa, Tehranın xarici valyutaya və qlobal ticarət şəbəkələrinə çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşa bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax