Əsas məzmuna keç

Türkiyədə qanunsuz mərc: "Diyarbekirspor"da araşdırma başladı

Türkiyədə qanunsuz mərc: "Diyarbekirspor"da araşdırma başladı

Qardaş ölkədə 8 nəfər saxlanıldı. Fevzi İlhanlı və klub rəhbərliyinin çirkli pulları necə yuması üzə çıxdı. Totalizator qalmaqalının şok detalları saytımızda.

en ru

Türkiyədə qanunsuz oyunlarına qarşı keçirilən əməliyyat çərçivəsində 8 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in yerli mətbuata istinadən verdiyi məlumata görə, istintaq prosesi davam edir.

Əməliyyat zamanı cinayət gəlirlərinin idman klubları vasitəsilə yuyulması şübhələri üzə çıxıb. Bu çərçivədə “Diyarbekirspor” klubu və üç şirkət barəsində rəsmi araşdırma başladılıb.

Aparılan araşdırmalar nəticəsində “Diyarbekirspor”un keçmiş prezidenti Fevzi İlhanlı və klub rəhbərliyinin qanunsuz mərc saytının sahibi olduqları müəyyən edilib. Onların əldə etdikləri gəlirləri məhz klub vasitəsilə dövriyyəyə buraxdıqları təsdiqlənib.

İstintaq materiallarına əsasən, klubun mühasibi və bəzi əməkdaşların bank hesabları vasitəsilə qanunsuz qazancın birbaşa klub hesablarına köçürüldüyü də aşkarlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #mərc#fevzi
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…