Operativ Məlumat Mərkəzi

Türkiyə və Səudiyyə Ərəbistanının XİN rəhbərləri telefon danışığı aparıb

1 dəq
Paylaş:
Türkiyə və Səudiyyə Ərəbistanının XİN rəhbərləri telefon danışığı aparıb
Türkiyə xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığı aparıb. Bu barədə "Operativ...

Türkiyə xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, danışıq zamanı Qurban bayramının ilk günü İsveçdə Quranın yandırılması ilə bağlı sabah (2 iyul) Ciddə şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə İcraiyyə Komitəsinin iclasına hazırlıq müzakirə edilib.

Bundan əlavə, islamafobiya ilə mübarizə və regional məsələlərdə əməkdaşlıq ətrafında da fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər