İranın xarici işlər naziri Abbas Araqçı Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Danış zamanı hər iki ölkə qarşılıqlı maraq doğuran bütün sahələrdə İran-Səudiyyə Ərəbistanı münasibətlərinin gücləndirilməsinə sadiq olduqlarını vurğulayıblar.
Araqçı region ölkələrinin daxili işlərinə xarici müdaxilənin ümumi şəkildə pislənməsinin vacibliyini vurğulayaraq, İranın öz ərazisini hər hansı bir xarici təhdiddən qoruyacağını əlavə edib.
O, həmçinin, Amerika rəsmilərinin təxribatçı və müdaxiləçi açıqlamalarını qınayıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri də öz növbəsində regiondakı vəziyyət və gərginliyin artmasının nəticələri ilə bağlı narahatlığını bildirib.
O, regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün diplomatik kanallardan və regional əməkdaşlıqdan istifadənin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin regionda sülhün və sabitliyin qorunması üçün məsləhətləşmələrin davam etdirilməsinin və birgə səylərin zəruriliyini vurğulayıblar.
Araqçı əvvəllər misirli və hindistanlı həmkarları ilə telefon danışıqları aparıb.