"Türkiyədəki 1 milyon suriyalı qaçqının geri qayıtması üçün Suriyanın şimalında 240 min ev tikiləcək".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
"Türkiyədən Suriyaya 1 milyon adam qayıdacaq. Könüllü qayıtmaq üçün isə 12 vilayətdə əlaqə büroları yaradılıb" - deyə Soylu bildirib.