Əsas məzmuna keç

Hüsaməddin Cindoruk vəfat etdi

Hüsaməddin Cindoruk vəfat etdi

TBMM-in sabiq spikeri, Türkiyənin tanınmış siyasətçisi 93 yaşında dünyasını dəyişib. Süleyman Dəmirəlin silahdaşı, DYP liderinin həyat yolu və ölüm səbəbi burada.

en ru

Böyük Millət Məclisinin () keçmiş sədri, Türkiyə siyasətinin önəmli simalarından olan Hüsaməddin Cindoruk 93 yaşında vəfat edib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Haber Global"a istinadən xəbər verir ki, siyasətçi müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, H.Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirib, hüquqşünas kimi fəaliyyət göstərib. O, siyasi karyerasına 1960-cı il dövlət çevrilişindən sonra qapadılan Demokrat Partiyasında başlayıb. Bundan sonra Doğru Yol Partiyasının () qurucularından olub və uzun illər onun sədri kimi fəaliyyət göstərib.

1991-ci il parlament seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri (1991-1995) olub. Dəmirəl seçildikdən sonra bir müddət DYP sədri vəzifəsini icra edib. Eyni zamanda sağ mərkəzçilərin önəmli simalarından biri kimi tanınan H.Cindoruk qısa müddətdə prezident səlahiyyətlərini də həyata keçirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…