Əsas məzmuna keç

Numan Kurtulmuş: İsrailin təcavüzkar siyasəti qlobal sülhə təhdiddir

Numan Kurtulmuş: İsrailin təcavüzkar siyasəti qlobal sülhə təhdiddir

Türkiyə Böyük Millət Məclisinin sədri İstanbulda keçirilən NATO Parlamenter Zirvəsində İsrailin hərəkətlərini və müttəfiqlərin mövqeyini sərt tənqid edib.

en ru

Böyük Məclisinin (TBMM) sədri Numan İstanbulda keçirilən Parlament Assambleyasının Zirvə toplantısında Yaxın Şərqdəki gərginlik və alyans daxilindəki əməkdaşlıq məsələləri ilə bağlı çıxış edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Numan Kurtulmuş çıxışı zamanı İsrail hökumətinin yürütdüyü siyasətin yalnız fələstinlilər üçün deyil, bütövlükdə dünya sülhü və təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib. O, regionda həyata keçirilən hücumların dərhal dayandırılmasının qlobal sabitliyin təmin olunması baxımından vacib olduğunu vurğulayıb.

Bununla yanaşı, TBMM sədri NATO daxilində bəzi müttəfiq dövlətlərin tətbiq etdiyi embarqoları da edib. Kurtulmuş bu məhdudiyyətlərin birtərəfli və mənasız olduğunu bildirərək, belə addımların alyansın əsas prinsiplərinə uyğun gəlmədiyini qeyd edib.

O, müttəfiq ölkələrin daha ədalətli və ortaq yanaşma nümayiş etdirməsinin vacibliyini vurğulayaraq, NATO daxilində həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…