Əsas məzmuna keç

Türkiyə Kiprin NATO-ya daxil olmasını qəbuledilməz hesab edib

Türkiyə Kiprin NATO-ya daxil olmasını qəbuledilməz hesab edib

Kiprin Yunan administrasiyasının NATO-ya daxil olmaq planları “qəbuledilməzdir və regiondakı kövrək tarazlığı poza bilər”. Bu barədə jurnalistlərə...

Kiprin Yunan administrasiyasının NATO-ya daxil olmaq planları “qəbuledilməzdir və regiondakı kövrək tarazlığı poza bilər”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Müdafiə Nazirliyindəki mənbə prezidenti Nikos Xristodoulidisin açıqlamalarını şərh edərkən bildirib.

Xristodoulidis bundan əvvəl Kiprin ən qısa zamanda NATO-ya üzv olmaq niyyətini açıqlamışdı. O, həmçinin qeyd edib ki, ölkə silahlı qüvvələrinin müasirləşdirilməsi və müttəfiqlik standartlarına uyğunlaşdırılması üçün bütün mövcud resurslardan istifadə edir.

Müdafiə Nazirliyindəki mənbə vurğulayıb ki, NATO-nun genişləndirilməsi qərarı bütün üzv ölkələrin milli maraqları nəzərə alınmaqla yekdilliklə qəbul edilir.

“Bu mərhələdə Cənubi Kipr Rum Administrasiyasının NATO-ya üzv olmaq üçün müraciəti Türkiyə üçün bir addımdır. Bu proses kövrək tarazlıqları pozacaq və Kipr probleminin həlli üçün aparılan danışıqlara mənfi təsir göstərəcək”,- deyə qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…