Əsas məzmuna keç

Türkiyə Aİ sənədinə sərt reaksiya verdi

Türkiyə Aİ sənədinə sərt reaksiya verdi

Türkiyə Xarici İşlər Nazirliyi Avropa İttifaqının son sənədində yer alan qərəzli ifadələri tənqid edib.

en ru

Avropa İttifaqının Türkiyə ilə bağlı yayımladığı sənəddə yer alan ifadələrə etiraz edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, XİN sözçüsü Öncü Keçeli Aİ tərəfindən yayımlanan “Ortak Anlayış” sənədində Türkiyə ilə bağlı müddəaların strateji və ədalətli yanaşmadan uzaq olduğunu bildirib.

Keçelinin sözlərinə görə, Aİ-nin Türkiyənin namizədlik statusunu nəzərə almaması qurumun ortaq gələcək baxışı formalaşdırmaqda çətinlik çəkdiyini göstərir. O, sənədin Ankara Zirvəsindən dərhal sonra yayımlanmasına diqqət çəkərək, bunun Türkiyənin alyans daxilindəki rolunu kölgədə qoymağa yönəldiyini iddia edib.

Türkiyə XİN Şərqi Aralıq dənizi və məsələləri ilə bağlı sənəddə yer alan yanaşmaları da edib. Nazirlik rəsmisi bildirib ki, Aİ bu məsələlərdə birtərəfli mövqedən uzaqlaşmalı və daha obyektiv yanaşma nümayiş etdirməlidir.

Keçeli Kipr probleminin həllində əsas maneənin 2004-cü ildə BMT planını rədd edən və 2017-ci il Kipr Konfransında konstruktiv mövqe sərgiləməyən Kiprin yunan tərəfi olduğunu qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…