Əsas məzmuna keç

Türkiyə İraqa səfərlə bağlı vətəndaşlarına rəsmi xəbərdarlıq etdi

Türkiyə İraqa səfərlə bağlı vətəndaşlarına rəsmi xəbərdarlıq etdi

Bağdad səfirliyi Ərbil, Mosul və Bəsrədəki təhlükəsizlik riski ilə bağlı müraciət yaydı. Hava məkanı martın 16-dək bağlıdır. Görün hansı ərazilər qadağan olundu.

ru en

Türkiyənin Bağdaddakı səfirliyi riskləri səbəbindən vətəndaşlarına İraqa səyahət xəbərdarlığı edərək, zəruri səbəb olmadıqca bu ölkəyə səfər etməməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı "Haber Global" yayıb.

Bildirilib ki, şəraitinin sürətlə pisləşə bildiyi bu dövrdə vətəndaşlarına şəxsi təhlükəsizliklərinə maksimum diqqət yetirmələri tövsiyə olunub. Xüsusilə aşağıdakı riskli ərazilərdən uzaq durmaq tələb edilir:

  • İzdihamlı meydan və toplaşma yerləri;
  • Bağdadda "Yaşıl Zona" ətrafında etiraz aksiyalarının keçirildiyi ;
  • Bağdad və Ərbil hava limanları və onların ətrafı;
  • Üçüncü ölkə vətəndaşlarının tez-tez olduğu məkanlar və açıq sahələr;
  • Mosul və ətraf yaşayış məntəqələri, həmçinin Bəsrə ətrafı bölgələr;
  • İraqın bütün hərbi zonaları və neft yataqları kimi kritik infrastruktur obyektləri.

Açıqlamada bölgədə davam edən münaqişələr səbəbindən İraq hava məkanının uçuşlar üçün bağlandığı xatırladılıb. Mövcud mərhələdə hava məkanının ən azı martın 16-dək açılmayacağı vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…