Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə və İran sərhəddə sərnişin keçidini qismən məhdudlaşdırıb

2 dəq
Paylaş:
Türkiyə və İran sərhəddə sərnişin keçidini qismən məhdudlaşdırıb

və İran arasındakı ortaq sərhəd-keçid məntəqələrində sərnişin keçidi müvəqqəti olaraq dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri məlumat verib.

Qərar və İsrailin İrana qarşı başlatdığı kampaniyanın üçüncü günündə qəbul edilib.

Nazir Ömər Bolatın bəyanatına görə, hazırda sərhəddə hərəkət aşağıdakı qaydada tənzimlənir:

  • İran gömrük rəsmiləri öz vətəndaşlarının Türkiyə ərazisindən keçərək ölkələrinə qayıtmasına icazə verir;
  • Türkiyə tərəfi isə öz vətəndaşlarının və üçüncü ölkə vətəndaşlarının İrandan Türkiyəyə daxil olmasını təmin edir;
  • Sərhəddə yük daşımaları (karqo trafiki) kəsilmədən, normal rejimdə davam edir.

"Bütün sərhəd keçidləri İran rəsmiləri və müvafiq qurumlarımızla sıx koordinasiya şəraitində idarə olunur", - deyə nazir bildirib.

O əlavə edib ki, ticarət axınının davamlılığını təmin etmək üçün bütün bölmələr yüksək hazırlıq vəziyyətində xidmət aparır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax