Əsas məzmuna keç

İran ordusu Bəhreyndəki ABŞ hərbi bazasına dron hücumu təşkil edib

İran ordusu Bəhreyndəki ABŞ hərbi bazasına dron hücumu təşkil edib

Tehran rəsmiləri bu addımın İranın cənubuna edilən hücumlara cavab olduğunu bəyan edib.

en ru

İran Silahlı Qüvvələri Bəhreyndə yerləşən "Sheikh Isa Air Base" hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirdiyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran tərəfi açıqlama yayıb.

Məlumata görə, həyata keçirilən əməliyyatın məqsədinin qüvvələrinin cəmləşdiyi hərbi mövqeləri hədəfə almaq olduğunu bildirib.

İran tərəfi qeyd edib ki, sözügedən zərbələr ABŞ-nin İranın cənub bölgələrində yerləşən hərbi və mülki obyektlərə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq təşkil olunub.

Rəsmi Tehran bu addımı ölkənin təhlükəsizliyini qorumaq məqsədi daşıyan cavab tədbiri kimi qiymətləndirib.

Hadisənin regionda gərginliyi daha da artıracağı ehtimal olunur. hökuməti və ABŞ rəsmiləri isə hadisə ilə bağlı hələlik verməyiblər.

Yaxın Şərqdə artan hərbi fəallıq beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…