İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-yə dəstək verən tərəflərlə bağlı sərt bəyanat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, bəyanatda İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş ABŞ əməliyyatlarına hər hansı formada dəstək verən tərəflərin İran Silahlı Qüvvələri üçün qanuni hərbi hədəf hesab olunacağı bildirilib.
Qeyd olunub ki, ölkənin milli təhlükəsizliyinə təhdid yaradan istənilən addıma qəti şəkildə cavab veriləcək.
Xatırladaq ki, son günlər ABŞ və İran arasında gərginlik daha da artıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında həyata keçirdiyi əməliyyatlara cavab olaraq bir sıra hədəflərə zərbələr endirdiyini açıqlayıb.
İran isə buna cavab olaraq ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən hərbi obyektlərini hədəf aldığını bəyan edib. Rəsmi Tehran Vaşinqtonu hərbi əməliyyatların dayandırılması ilə bağlı mövcud memorandumun şərtlərini pozmaqda ittiham edir.