Əsas məzmuna keç

ABŞ və İran arasında gərginlik pik həddə: Hücumlar və neft qiymətlərində kəskin artım

ABŞ və İran arasında gərginlik pik həddə: Hücumlar və neft qiymətlərində kəskin artım

Yaxın Şərqdə hərbi qarşıdurmalar davam edir: ABŞ-ın İrana ardıcıl 11-ci gecə zərbələri endirməsi və Hörmüz boğazındakı insidentlər qlobal enerji bazarlarını təhdid edir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ və İran arasında hərbi qarşıdurma 11-ci gündür davam edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Pentaqonun məlumatına görə, münaqişənin ABŞ-a vurduğu iqtisadi zərər 37,5 milyard dollara çatıb.

Bildirilib ki, ABŞ Prezidenti İranın nüvə obyektlərinə, xüsusilə "Pickaxe Mountain" mərkəzinə qarşı ağır zərbələrin endirilə biləcəyini açıqlayıb. Tehran isə hər hansı hücumun regionda daha genişmiqyaslı toqquşmalara səbəb olacağı barədə xəbərdarlıq edib.

Qeyd olunur ki, Yaxın Şərqdə və enerji təhlükəsizliyi ilə bağlı vəziyyət gərgin olaraq qalır. İran İnqilab Keşikçiləri Korpusu yaxınlığında neft tankerlərinin hədəf alındığını və boğazın gəmiçilik üçün "tamamilə bağlandığını" iddia edib. Bu xəbərlər fonunda "Brent" markalı neftin qiyməti 93 dolları keçərək son altı həftənin ən yüksək göstəricisinə yüksəlib.

Məlumata görə, Yəməndəki husilər Səudiyyə Ərəbistanına məxsus iki neft tankerini hədəf aldıqlarını açıqlayıblar. Küveytin hava hücumundan müdafiə sistemləri isə ölkə ərazisinə istiqamətlənən İran dronlarını zərərsizləşdirib.

Bundan əlavə, Hollandiyanın "KLM" aviaşirkəti Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətinə görə Dubay, Ər-Riyad və Dəmmama uçuşların dayandırılma müddətini sentyabrın 6-dək uzadıb.

Diplomatik səylərin davam etdiyi də bildirilir. ABŞ Marko Rubio Vaşinqtonun İranla diplomatik həll yoluna açıq olduğunu, lakin Tehranın terrora dəstəyini və nüvə proqramı ilə bağlı iddialarını dayandırmalı olduğunu qeyd edib.

Eyni zamanda, İordaniyadakı ABŞ hərbi bazalarına edilən hücumlar nəticəsində amerikalı hərbçilərin həlak olması Vaşinqtonun mövqeyini sərtləşdirib. Tramp həlak olan hərbçilərin xatirəsinə keçiriləcək mərasimdə iştirak edəcəyini və İranın bu hücumlara görə "ağır bədəl ödəyəcəyini" bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…