İranın rəsmi mövqeyinə əsasən, ölkənin ABŞ ilə danışıqlar aparmaq niyyəti yoxdur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu bəyanatı İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xaməneinin köməkçisi Məhəmməd Muxbir səsləndirib. O, bu barədə "IRIB News"a verdiyi müsahibəsində danışıb.
Muxbir İranın "ABŞ-yə etibar etmədiyini" açıq şəkildə vurğulayıb. O qeyd edib ki, hərbi əməliyyatlar, vaxtilə İraqla səkkiz illik müharibədə olduğu kimi, lazımi qədər davam edə bilər.