Əsas məzmuna keç

"Trump TV" adlı onlayn platforma yaradıldı

"Trump TV" adlı onlayn platforma yaradıldı

bununla bağlı xarici KİV məlumat yayıb.Bazar ertəsi axşam saatlarından etibarən fəaliyyətə başlayan kanal 24 saatlıq fasiləsiz rejimlə hökumət...

en ru

ABŞ Prezidenti Tramp aparıcı televiziya şəbəkələrinin tətbiq embarqoya qarşı özünün "Trump TV" adlı platformasını yaradıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bazar ertəsi axşam saatlarından etibarən fəaliyyətə başlayan kanal 24 saatlıq fasiləsiz rejimlə hökumət açıqlamalarını, rəsmi bəyanatları və arxiv materiallarını yayımlayır.

Kanal ilk yayımına Trampın iyulun 3-də Raşmor Dağında etdiyi çıxışın arxiv görüntüləri ilə başlayıb.

Buna səbəb NBC, ABC, CBS, "Fox News", CNN, "Politico" və "MS Now" kimi tanınmış media qurumlarının Ağ Evin brifinqlərindən kənarlaşdırılmasıdır.

Şənbə günü Ağ Ev qüvvələri Donald Trampın birbaşa göstərişi ilə həmin media nümayəndələrinin binaya girişini qadağan edib.

Tramp öz platformasında yaydığı mesajda bu addımı həmin media qurumlarının davamlı olaraq yalan və əsassız xəbərlər yayması ilə əlaqələndirib və hökumət haqqında mütəmadi olaraq saxta iddiaların səsləndirilməsinin qəbuledilməz olduğunu bildirib.

Buna cavab olaraq əsas televiziya şəbəkələri Ağ Evdəki yayım fəaliyyətlərini dayandırıblar, xaric edilən media qurumlarından üçü isə işə giriş hüquqlarının bərpa olunması məqsədilə Vaşinqtondakı federal apellyasiya məhkəməsində rəsmi iddia qaldırıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…