Əsas məzmuna keç

Trampın təyyarəsində gözlənilməz hadisə: Təcili sürüşkən açıldı

Trampın təyyarəsində gözlənilməz hadisə: Təcili sürüşkən açıldı

ABŞ prezidenti Donald Trampın təyyarəyə minməsindən əvvəl hərbi personalın səhvi nəticəsində şişmə təcili vəziyyət sürüşkəni açılıb. Hadisə təyyarənin uçuşunu gecikdirsə də, aparat Dallas şəhərinə problemsiz enib.

en ru

Prezidenti Trampın təyyarəyə minməsindən əvvəl Merilend ştatındakı Endryus Birgə Hərbi Bazasında təyyarənin şişmə təcili vəziyyət sürüşkəni açılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə hərbi personalın səhvi nəticəsində baş verib.

Bildirilib ki, helikopterdən enərək bir müddət gözləyib və daha sonra uçuş-enmə zolağında jurnalistlərə açıqlama verib.

Tramp təhlükəsizliklə bağlı heç bir narahatlığın olmadığını bildirib. Onun sözlərinə görə, personal sürüşkəni və təyyarənin sistemlərini yoxlayıb.

Ağ Evin kommunikasiya direktoru Stiven Çunq da bütün sistemlərin problemsiz işlədiyinə əmin olmaq üçün lazımi yoxlamaların aparıldığını təsdiqləyib.

Yoxlamalar səbəbindən Trampın uçuşu gecikib. Daha sonra Dallas şəhərinə problemsiz şəkildə enib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…