Əsas məzmuna keç

Trampın reytinqi Baydenin minimum göstəricisindən də aşağı düşüb

Trampın reytinqi Baydenin minimum göstəricisindən də aşağı düşüb

ABŞ prezidentinin fəaliyyətini bəyənənlərin sayı tarixi minimuma enərək 33 faiz təşkil edib.

en ru

Prezidenti Trampın fəaliyyətinə ictimai dəstək siyasi karyerasının ən aşağı səviyyəsinə enib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Reuters” və “Ipsos” agentliklərinin birgə keçirdiyi rəy sorğusunun nəticələrinə görə, respondentlərin yalnız 33 faizi dövlət başçısının fəaliyyətini dəstəkləyir.

Bu göstəricinin artıq üçüncü ardıcıl sorğuda dəyişmədiyi bildirilir. Trampın hazırkı reytinqi onun sələfi Co Baydenin 2024-cü ilin oktyabrında qeydə alınan 35 faizlik göstəricisindən də aşağıdır.

Qeyd edək ki, Trampın prezidentlik müddətinin əvvəlində onun fəaliyyətini amerikalıların 47 faizi dəstəkləyirdi. Lakin İranla yaşanan gərginlik və hökumətin iqtisadi siyasətinə qarşı artan narazılıqlar prezidentə dəstəyin azalmasına səbəb olub.

Bundan əlavə, qeydiyyatdan keçmiş seçicilərin yarıdan çoxu Trampın 2025-ci ildə yenidən seçilməsindən sonra maliyyə vəziyyətlərinin pisləşdiyini bildiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…