Əsas məzmuna keç

Tramp: NATO ölkələri Ukrayna üçün silahlara görə tam ödəniş edir

Tramp: NATO ölkələri Ukrayna üçün silahlara görə tam ödəniş edir

ABŞ Prezidenti NATO müttəfiqlərinin Ukraynaya ötürülən hərbi texnika və silahları tam dəyəri ilə satın aldığını bəyan edib.

en ru

ABŞ Prezidenti Konqres qarşısında “Birliyin vəziyyəti haqqında” illik müraciəti zamanı Ukraynaya məsələsinə toxunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bildirib ki, Şimali Atlantika Alyansına üzv olan ölkələr "Prioritized Ukraine Requirements List" (PURL) proqramı çərçivəsində Ukraynaya göndərilən silahları tam qiymətinə alırlar.

Tramp vurğulayıb ki, ABŞ-nin Ukraynaya göndərdiyi hər bir hərbi yardım paketi NATO vasitəsilə həyata keçirilir və müttəfiqlər bu vəsaitləri ABŞ-yə tam şəkildə ödəyirlər.

həmçinin xatırladıb ki, hərbi blokun üzvləri ÜDM-in 5 faizini NATO-nun ümumi büdcəsinə ayırmağa razılıq veriblər. Bu, alyans daxilində maliyyə yükünün daha ədalətli bölüşdürülməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.

Qeyd edək ki, fevralın 3-də NATO Mark Rütte məsələ ilə bağlı fərqli məqamlara diqqət çəkmişdi.

O bildirmişdi ki, alyansın heç də bütün üzvləri PURL təşəbbüsü çərçivəsində ABŞ-dan silah almağa meyilli deyil. Rüttenin sözlərinə görə, bəzi ölkələr prosesə böyük töhfə verdiyi halda, digərləri hələ də passivlik nümayiş etdirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…