Əsas məzmuna keç

Donald Tramp İrana qarşı atəşkəsin bitdiyini elan edib

Donald Tramp İrana qarşı atəşkəsin bitdiyini elan edib

ABŞ prezidenti İranla bağlı sərt bəyanatlar verib və İspaniyanı NATO müttəfiqi kimi tənqid edib.

en ru

ABŞ Prezidenti NATO Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında İranla münasibətlər və NATO daxilindəki məsələlərlə bağlı sərt açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tramp mətbuat konfransında bildirib.

ABŞ lideri qeyd edib ki, İran qüvvələrinin bəzi gəmilərə raket hücumları təşkil etməsindən sonra Vaşinqton cavab tədbirləri görüb. Tramp İranın nüvə silahı əldə etməsinin qarşısının alınması istiqamətində qətiyyətli addımlar atacaqlarını vurğulayıb.

Onun sözlərinə görə, İranla mövcud rejimi artıq başa çatıb və ABŞ bu razılaşmanı davam etdirmək niyyətində deyil. Tramp İran rəsmilərini yalan danışmaqda ittiham edib və Vaşinqtonun bu məsələdə öz mövqeyini qoruyacağını bildirib.

NATO məsələsinə toxunan ABŞ Prezidenti xüsusilə İspaniyanın alyans daxilindəki mövqeyini tənqid edib. O, İspaniyanı "pis NATO müttəfiqi" adlandıraraq, bu ölkə ilə bağlı narazılığını ifadə edib.

Tramp bildirib ki, İspaniyanın bəzi siyasətləri digər ölkələrə qarşı düzgün deyil və ticarət əlaqələri ilə bağlı addımların atılması mümkündür.

ABŞ Prezidenti həmçinin ilə münasibətlərə də toxunub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələrini müsbət qiymətləndirib və Türkiyənin güclü orduya malik olmasına baxmayaraq, münaqişələrdən uzaq qalmaq qərarını dəstəklədiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…