Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp G7 sammitində Hörmüz boğazındakı mina təmizləmə məsələsini müzakirə edəcək

3 dəq
Paylaş:
Tramp G7 sammitində Hörmüz boğazındakı mina təmizləmə məsələsini müzakirə edəcək

ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri Trampın Fransanın Evian-les-Bains şəhərində keçiriləcək 52-ci G7 sammitinə səfəri ilə bağlı məlumat veriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iyunun 15-də Ağ Evdən yola düşəcəyi gözlənilən Trampın çərçivəsində iqtisadi artım, tədarük zəncirinin dayanıqlılığı, qeyri-qanuni miqrasiya və "Süni İntellekt" kimi qlobal əhəmiyyətli mövzuları müzakirə edəcəyi bildirilir.

Bundan əlavə, ABŞ liderinin sammit çərçivəsində Misir, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirərək Yaxın Şərqdəki vəziyyəti dəyərləndirəcəyi qeyd olunub.

ABŞ və İran arasında davam edən danışıqları ilə bağlı sualları cavablandıran rəsmilər, prosesin "çox güclü və müsbət" məcrada irəlilədiyini, lakin yekun razılaşmanın vaxtı ilə bağlı dəqiq proqnoz verməyin hələlik çətin olduğunu vurğulayıblar.

Rəsmilərin sözlərinə görə, sammitin ən kritik müzakirə mövzularından biri Hürmüz boğazının minalardan təmizlənməsi olacaq. Bu istiqamətdə planlarını açıqlayan mənbələr bildirib:

"İran Hürmüz boğazını tranzit rüsumu almadan açacaq, biz də buna cavab olaraq tətbiq etdiyimiz blokadanı aradan qaldıracağıq. Növbəti mərhələ isə boğazın minalardan təmizlənməsidir. Bu işi biz görə bilərik, lakin G7 ölkələrinin də bu prosesə könüllü şəkildə qoşulmaq üçün böyük imkanları var".

İyulun 7-8-də Ankarada keçiriləcək sammitinə də toxunan rəsmilər, alyans daxilində yük bölgüsü ilə bağlı məsələlərin orada geniş müzakirə olunacağını qeyd ediblər.

Onlar NATO-nun 21-ci əsrin tələblərinə uyğun olaraq yenilənməsinin vacibliyini vurğulayaraq, hazırkı yük bölgüsü prosesindən məmnun qaldıqlarını, lakin daha çox irəliləyişə ehtiyac olduğunu əlavə ediblər.

Donald Trampın iyunun 17-də sammit başa çatdıqdan sonra ABŞ-a qayıtması planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax