Operativ Məlumat Mərkəzi

Tramp Davos səfərini yüksək qiymətləndirdi

2 dəq
Paylaş:
Tramp Davos səfərini yüksək qiymətləndirdi

ABŞ Prezidenti Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərinə etdiyi səfəri "mükəmməl" adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, özünün "Truth Social" hesabında paylaşım edərək, bu səfərin bir sıra strateji nailiyyətlərlə yadda qaldığını vurğulayıb.

Trampın sözlərinə görə, səfər çərçivəsində əldə olunan əsas uğurlar aşağıdakılardır:

  • üzrə razılaşma: NATO ilə Qrenlandiya barədə çərçivə sazişi imzalanıb. Tramp qeyd edib ki, bu adanın strateji mövqeyi ABŞ-ın milli təhlükəsizliyi və "Qızıl Qübbə" (Golden Dome) raketdən müdafiə sisteminin səmərəli qurulması üçün həyati əhəmiyyət daşıyır.
  • Sülh Şurasının təsis edilməsi: sülhün təmin edilməsi məqsədilə yeni beynəlxalq struktur yaradılıb.

Qeyd edək ki, yanvarın 22-də Davosda 19 ölkənin nümayəndəsi Sülh Şurasının nizamnaməsini imzalayıb. Bu qurum İsrail və HƏMAS arasındakı razılaşma əsasında Qəzzanın idarə olunması, həmçinin digər regionlardakı münaqişələrin həlli ilə məşğul olacaq. Tramp artıq digər dövlətlərin də bu təşkilata qoşulduğunu bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax