Əsas məzmuna keç

Tramp aralıq seçkilərdə məğlubiyyət olarsa impiçment edilə biləcəyini deyib

Tramp aralıq seçkilərdə məğlubiyyət olarsa impiçment edilə biləcəyini deyib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar Partiyası noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdə uduzarsa, demokratlar onun impiçmentinə cəhd edə bilərlər. O, mitinqdə respublikaçıları partiyanın namizədlərinə daha fəal dəstək verməyə çağırıb.

en ru

Prezidenti Respublikaçılar Partiyasının noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdə məğlub olacağı təqdirdə Demokratlar Partiyasının onun impiçmenti prosesini başlada biləcəyini bəyan edib. Associated Press agentliyinin məlumatına görə, ABŞ lideri bu barədə Oklahomada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, D. respublikaçıların seçkilərdə qələbə qazanmasının vacibliyini vurğulayaraq: "Qalib gəlməsək, sonda mənə impiçment elan edəcəklər", – deyə xəbərdarlıq edib.

Aralıq seçkilərin əhəmiyyətinə toxunan ABŞ Prezidenti respublikaçı seçiciləri səsvermədə fəal iştirak etməyə və partiyanın namizədlərini dəstəkləməyə çağırıb. O, öz adının bülletendə olmadığı seçkilərdə tərəfdarlarının aktivliyinin nisbətən aşağı düşdüyünü təəssüflə qeyd edib.

Diqqətə çatdıraq ki, bir müddət əvvəl Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin nizamlanması istiqamətində göstərdiyi vasitəçilik səylərinə və diplomatik təşəbbüslərinə görə ABŞ Prezidentinə minnətdarlığını bildirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…