Türkiyənin Manisa vilayətinin Soma rayonunda 5 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır mədən qəzası ilə bağlı hüquq-mühafizə organları tərəfindən genişmiqyaslı istintaq tədbirləri davam etdirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Soma Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırmalar çərçivəsində faciyəyə məsuliyyət daşıyan 9 şübhəli şəxs saxlanılıb.
Məlumata görə, saxlanılanlar arasında mədən müəssisəsinin baş direktoru və onun müavini, geoloji tədqiqat, istehsalat, əməyin mühafizəsi və texniki-mexanika üzrə məsul rəhbərlər, növbə rəisi, eləcə də iki mühəndis yer alır.
Şübhəli şəxslərin jandarma bölməsindəki ilkin dindirilmə və rəsmiləşdirmə prosedurları başa çatdıqdan sonra ədalət mühakiməsinə çıxarılmaq üçün məhkəmə orqanlarına təhvil veriləcəyi bildirilib.