Əsas məzmuna keç

Rusiya Xarkov vilayətində üç yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb

Rusiya Xarkov vilayətində üç yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qüvvələri Nesterne, Rublenoye və Vısokaya Yaruga yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

en ru

Ukraynanın Xarkov vilayətində , və yaşayış məntəqələrinin Rusiya silahlı qüvvələrinin nəzarətinə keçdiyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya hərbi qurumu Nesterne və Rublenoyenin hücum əməliyyatları nəticəsində, Vısokaya Yaruganın isə “Şimal” qoşun qruplaşmasının bölmələri tərəfindən tutulduğunu bildirib.

Məlumatda, həmçinin Xarkov vilayətinin Prikolotnoye yaşayış məntəqəsi istiqamətində döyüşlərin davam etdiyi qeyd olunur.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl Xarkov vilayətinin şimal-şərq hissəsində Silahlı Qüvvələrinin bölmələrinin mühasirəyə alındığını iddia etmiş, bunun təmas xəttini Rusiyanın Belqorod vilayətinin sərhədyanı rayonlarından uzaqlaşdırmaq məqsədi daşıdığını bildirmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…