Əsas məzmuna keç

Rusiya Ukraynada hərbi infrastrukturu hədəf aldı

Rusiya Ukraynada hərbi infrastrukturu hədəf aldı

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Kiyev və Lvov da daxil olmaqla, Ukraynanın bir sıra strateji obyektlərinə genişmiqyaslı hücum təşkil edildiyini bildirib.

ru en

Silahlı Qüvvələri ötən gecə ərazisində hərbi infrastruktura qarşı genişmiqyaslı zərbələr endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zamanı dəniz, hava və quru bazalı yüksək dəqiqlikli uzaqmənzilli silahlardan, eləcə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.

Bildirilib ki, hücumlar və Lvov şəhərləri, həmçinin İvano-Frankivsk, Jitomir, Rivne, Vinnitsa və Dnepropetrovsk vilayətlərində yerləşən hərbi aerodromlara, müdafiə sənayesi müəssisələrinə, hərbi telekommunikasiya qovşaqlarına və logistika mərkəzlərinə yönəldilib.

Nazirliyin açıqlamasına əsasən, hədəfə alınan obyektlər raket sistemləri və PUA-ların istehsalı, saxlanılması və daşınması, eləcə də hava məkanına nəzarət sistemlərinin idarə olunması üçün istifadə edilirdi.

Məlumata görə, hücumlar zamanı "Yujnıy" limanında yerləşən bir quru yük gəmisi, eləcə də Odessa vilayətinin şərq və cənub istiqamətlərində silah və hərbi texnika daşıdığı iddia edilən daha iki gəmi də zərərsizləşdirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…