Əsas məzmuna keç

Rusiya Kiyev və Zaporojyedəki hərbi-sənaye obyektlərinə zərbələr endirdi

Rusiya Kiyev və Zaporojyedəki hərbi-sənaye obyektlərinə zərbələr endirdi

Rusiya Müdafiə Nazirliyi Ukraynanın logistika mərkəzlərinə və hərbi təyinatlı istehsal müəssisələrinə qarşı yüksək dəqiqlikli silahlarla hücum təşkil edildiyini açıqlayıb.

en ru

Silahlı Qüvvələrinin ötən gecə Ukraynanın hərbi müdafiə sənayesi və logistika infrastrukturuna qarşı genişmiqyaslı zərbələr endirdiyi bildirilir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə Rusiya məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı yerüstü yüksək dəqiqlikli silahlardan istifadə olunub. Zərbələr nəticəsində Kiyev şəhərində bir sıra strateji əhəmiyyətli obyektlərin hədəfə alındığı qeyd edilir.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, pilotsuz uçuş aparatları (PUA), robotexnika və radioelektron sistemlərin saxlanıldığı və paylandığı “Novaya Poçta” terminalı, həmçinin “Kiyev-3” logistika mərkəzi zərbələrə məruz qalıb.

Bundan başqa, şəhərində yerləşən müəssisələrinin də hədəfə alındığı bildirilib.

Məlumata görə, hərbi texnika üçün zirehli lövhələr və polad jiletlərin istehsalı ilə məşğul olan “Zaporojstal” zavoduna da zərbə endirilib.

Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, həyata keçirilən zərbələr Ukraynanın hərbi potensialını zəiflətmək məqsədi daşıyır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…