ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının Kanadanı ilk ortaq üzv kimi qəbul etmək təklifindən sonra Brüsselə qarşı "ciddi tariflər" tətbiq etmək və Avropa ilə ticarəti dayandırmaqla hədələyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Tramp Aİ-nin Kanada ilə münasibətləri yaxınlaşdırmaq təşəbbüsünü "gülünc" adlandırıb və bu addımın "düşmənçilik aktı" olduğunu bildirib.
ABŞ Prezidenti jurnalistlərə açıqlamasında Avropa İttifaqına çox ciddi tariflər tətbiq edə biləcəyini və ya Avropa ilə ticarəti dayandıra biləcəyini deyib.
"Bu, xoş niyyətlidirsə, problem yoxdur. Pis niyyətlidirsə, Avropaya çox ağır tariflər tətbiq edəcəyik", - Tramp bildirib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ötən gün Kanada Baş naziri Mark Karninin Avropa Parlamentində çıxışından bir gün əvvəl Kanadanı Aİ-nin ilk "ortaq üzvü" olmağa dəvət edib.
Fon der Lyayen Kanada ilə texnologiya, müdafiə və enerji sahələrində daha sıx əməkdaşlığa çağırıb.
O, Avropa Parlamentində çıxışı zamanı demokratiyaların beynəlxalq qaydalara əsaslanan sistemdə qırılma ilə üzləşdiyini və Brüssel ilə Ottavanın daha da yaxınlaşmalı olduğunu bildirib.