Operativ Məlumat Mərkəzi

"Telegram" niyə zəifləyir?

2 dəq
Paylaş:
"Telegram" niyə zəifləyir?

Rusiyada “” messencerinin işində ciddi müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bağlantısı stabil olsa belə, şəkil, video və digər faylların yüklənməsində çətinliklərlə üzləşirlər.

2025-ci ilin avqust ayından etibarən "Roskomnadzor" tərəfindən edilən qərara əsasən, messencerdə zəng funksiyası rəsmən bloklanıb. 2026-cı ilin yanvarından isə media faylların yüklənmə sürətində kütləvi azalmalar qeydə alınır.

Rəsmi qurumlar “Telegram”ın Rusiya qanunvericiliyinə əməl etməməsini əsas gətirərək ardıcıl məhdudiyyətlər tətbiq edirlər.

Hazırda Rusiyada yerli "MAX" messencerinin təşviqi fonunda “Telegram”ın tamamilə bloklanıb-bloklanmayacağı müzakirə mövzusudur. Bəzi rəsmilər vəziyyətin düzələcəyinə ümid etsə də, digərləri daha sərt tədbirlərin görüləcəyini proqnozlaşdırırlar. İstifadəçilər isə Pavel Durova müraciət edərək Rusiyada rəsmi nümayəndəlik açmağa və xidmətin keyfiyyətini bərpa etməyə çağırırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax