Əsas məzmuna keç

TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün maliyyə mexanizmi tətbiq edəcək

TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün maliyyə mexanizmi tətbiq edəcək

Regionlarda tibbi kadr qıtlığını aradan qaldırmaq üçün yeni stimullaşdırıcı ödənişlər tətbiq olunur. TƏBİB-in icra etdiyi bu layihə həkimlərin bölgələrə axınını necə dəyişəcək?

en ru

çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq olunacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, , , Sumqayıt və Gəncə istisna olmaqla həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan dəyişən bonus ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək. Beləliklə, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, əlavə bonus ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar.

Ambulator tibbi xidmətlər göstərən həkimlər üçün hər pasiyentə görə hesablanan mövcud kiçik faiz ödənişləri əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq".

Sədr əlavə edib ki, əməkhaqqı qaydalarında həkimlərin həvəsləndirici ödənişlərini göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa bağlayan yeni yanaşma tətbiq edilir:

"İslahat tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilini və keyfiyyət göstəricilərinin maddi stimula çevrilməsini hədəfləyir. keyfiyyəti nə qədər yüksək qiymətləndirilirsə, həkimin əldə etdiyi ödəniş də bir o qədər çox olur.

Bu yanaşma keyfiyyətli və qayğıkeş xidməti təşviq edir, həkimləri pasiyentlərlə daha keyfiyyətli münasibət qurmağa həvəsləndirir".

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…