Əsas məzmuna keç

TƏBİB-ə yeni müşavir təyin olundu

TƏBİB-ə yeni müşavir təyin olundu

Səhiyyə sistemində kadr islahatları davam edir: TƏBİB-in rəhbər heyətində baş verən bu mühüm təyinatla bağlı detalları və yeni müşavirin dosyesini təqdim edirik.

ru en

Rəna TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Rəna Məmmədova hazırkı təyinatınadək "Paşa Sığorta" ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.

R.Məmmədova Tibb Universitetinin Müalicə işi fakültəsində həkim-onkoloq ixtisası üzrə təhsilini başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi münasibətlər ixtisası üzrə ikinci təhsil alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-cərrah olaraq başlayan R.Məmmədova sonrakı illərdə həmin tibb müəssisəsində üzrə həkim-koordinator vəzifəsində çalışıb. Bu müddət ərzində tibbi xidmətlərin təşkili, səhiyyə idarəçiliyi və tibbi sığorta sahəsində peşəkar təcrübə qazanıb.

2010-cu ildən etibarən "Paşa Sığorta" ASC-də Tibbi və səfər sığortası departamentinin rəhbəri, daha sonra isə Tibbi sığorta blokunun rəhbəri vəzifələrində çalışıb. Rəhbərlik etdiyi dövrdə tibbi sığorta, xidmətlərin təşkili, səhiyyə müəssisələri ilə mexanizmlərinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və pasiyentyönümlü yanaşmaların tətbiqi istiqamətində fəaliyyət göstərib.

R.Məmmədova səhiyyə idarəçiliyi, tibbi sığorta və insan resurslarının idarə olunması sahələrində müxtəlif ixtisasartırma proqramlarında iştirak edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…