Əsas məzmuna keç

Dövlət qulluqçularının rotasiya qaydası dəyişir

Dövlət qulluqçularının rotasiya qaydası dəyişir

bu, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü...

en ru

Dövlət qulluqçularının rotasiyası (dövlət qulluqçusunun başqa vəzifəyə keçirilməsi) ilə bağlı qaydalar dəyişir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası həyata keçirilir.

Rotasiya dövlət orqanlarının potensialından düzgün istifadə edilməsi, onun inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizənin artırılması məqsədi daşıyır.

Müvafiq inzibati vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmur. Həmçinin dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilmir.

1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…