Fransada alma, albalı, qoz və armud ağaclarından istifadə edilərək hazırlanan taxta avtomobil Toursda keçirilən hərracda nümayiş etdirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Citroen 2CV" model avtomobil rekord qiymətə - 210 min avroya satılıb.
Avtomobili hazırlamağa 2011-ci ildə başladığını bildirən dülgər Mişel Robillard qeyd edib ki, avtomobili ərsəyə gətirmək üçün 5 il vaxt sərf edib.