Əsas məzmuna keç

Bu il Qərbi Avropada ən isti yay qeydə alınıb

Bu il Qərbi Avropada ən isti yay qeydə alınıb

Meteoroloji müşahidələr tarixində bir ilk: 2026-cı ilin avqustunda qlobal temperatur rekordları yeniləndi, okean suları isə kritik həddə qədər qızdı.

en ru

Qərbi Avropada başa çatan yay meteoroloji müşahidələr tarixində ən isti yay olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, avqust ayında isə 2023-cü ilin iyulunda qeydə alınan aylıq temperatur rekordu təkrarlanıb.

Qeyd olunub ki, 2026-cı ilin avqustunda Yer səthinə yaxın havanın orta temperaturu 16,96 dərəcə Selsi təşkil edib. Bu göstərici 1991-2020-ci illər üzrə orta temperaturdan 0,85 dərəcə yüksəkdir. Beləliklə, başa çatan avqust meteoroloji müşahidələr tarixində ən isti avqust olub. Eyni zamanda, avqust 2023-cü ilin iyulu ilə birlikdə indiyədək qeydə alınan ən isti ay statusunu bölüşür.

İyun-avqust aylarını əhatə edən dövrdə qlobal orta temperatur 2024-cü ildə qeydə alınmış rekord göstəricini təkrarlayıb. Bu yay 2003-cü ildə qeydə alınmış əvvəlki rekord göstəricini də geridə qoyub.

Okean səthinin temperaturu da rekord yaxınlaşıb. Avqust ayında dəniz səthinin orta temperaturu 2024-cü ilin martında qeydə alınmış rekord göstərici ilə eyni olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…