Əsas məzmuna keç

Panama kanalında gündəlik gəmi keçidlərinin sayı azalır

Panama kanalında gündəlik gəmi keçidlərinin sayı azalır

El-Ninyo quraqlığı səbəbindən Qatun gölündə su səviyyəsi kritik həddə düşüb. Qlobal ticarəti iflic edən bu böhran logistika xərclərini necə artıracaq?

en ru

El-Ninyo hava hadisəsinin səbəb olduğu şiddətli quraqlıq nəticəsində ticarətin əsas keçid məntəqələrindən biri olan Panama kanalında keçidlərinin sayı mərhələli şəkildə azaldılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, dünya dəniz ticarətinin təxminən 5 faizini, ABŞ-nin konteyner daşımalarının isə təxminən 40 faizini həyata keçirən Panama kanalı Asiya ilə Amerika qitəsi arasındakı daşımaların məsafəsini və xərclərini azaltması baxımından mühüm əhəmiyyət daşıyır.

Lakin bölgədə quraqlığın güclənməsi və yağıntıların azalması kanalın su səviyyəsinin aşağı düşməsinə səbəb olub. Qatun gölündə suyun səviyyəsinin azalması ilə əlaqədar kanal rəhbərliyi tədbirlərini gücləndirməli olub.

Kanal administrasiyasının hazırladığı ilkin plana əsasən, noyabr ayından etibarən kanaldan gündəlik keçə biləcək orta gəmi sayı 29,5-ə endiriləcək. Yay aylarında bu göstərici 36 gəmi təşkil edirdi. Avqust və sentyabr aylarında isə mərhələli məhdudiyyətlər tətbiq edilərək keçidlərin sayı azaldılıb.

Məhdudiyyətlər nəticəsində kanalda uzun gəmi növbələri yaranıb. Bəzi konteyner gəmilərinin növbədən kənar keçə bilmək üçün milyonlarla dollar ödədiyi bildirilir.

Mütəxəssislər son 40 ilin ən güclü səviyyəsinə çatacağı gözlənilən El-Ninyo hava hadisəsinin qarşıdakı aylarda pik yüksələ biləcəyini və məhdudiyyətlərin daha da sərtləşdirilə biləcəyini bildirirlər.

Bu vəziyyət qlobal təchizat zəncirində alternativ marşrutların axtarılmasına və logistika xərclərinin artmasına səbəb olur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…