Əsas məzmuna keç

Ukraynada "Patriot" HHM sistemləri üçün raket çatışmazlığı kritik həddə çatıb

Ukraynada "Patriot" HHM sistemləri üçün raket çatışmazlığı kritik həddə çatıb

The Washington Post nəşri Kiyevin hava müdafiə sistemlərindəki ciddi qıtlığı açıqladı. ABŞ-İran gərginliyi fonunda Patriot sursatları niyə tükənir?

en ru

Silahlı Qüvvələri hava hücumundan müdafiə sistemləri üçün raketlərin ciddi çatışmazlığı ilə üzləşib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "The Post" məlumat yayıb.

Bildirilib ki, zenit-raket kompleksləri Rusiyanın raket hücumlarından müdafiədə Ukraynanın əsas ümidlərindən biri olaraq qalır, lakin bu sistemlər üçün nəzərdə tutulan raketlərin sayı dərəcədə azalıb.

Qəzet qeyd edir ki, onsuz da məhdud olan raket ehtiyatları ABŞ ilə İran arasında baş verən hərbi qarşıdurma fonunda daha da azalıb.

Ukrayna rəsmiləri uzun müddətdir HHM sistemləri üçün sursat çatışmazlığından şikayət edir və Qərb ölkələrini bu sahədə silah tədarükünü artırmağa çağırırlar.

Bundan əvvəl Rusiya Kiyevdə Ukrayna ordusu üçün hərbi təyinatlı məhsullar istehsal edən müəssisələrə zərbələr endirildiyini açıqlamışdı.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…