ABŞ, İsrail və İran arasında davam edən gərginlik fonunda İsraildən Tehrana qarşı yeni sərt bəyanat səsləndirilib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İsrailin “Yedioth Ahronoth” qəzetinin təşkil etdiyi konfransda çıxış edən İsrail naziri Katz İranın sentyabr ayında keçiriləcək yəhudi bayramları ərəfəsində İsrailə qarşı təxribat törədə biləcəyini iddia edib.
Katzın sözlərinə görə, ABŞ-nin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların genişlənməsi Tehranın aqressiv addımlar atmaq ehtimalını artırır. Nazir İranın mümkün hücumlarının birbaşa İsrailə deyil, Livan, İordan çayının qərb sahili və ya Qəzza zolağı üzərindən həyata keçirilə biləcəyini bildirib.
İsrailin belə bir təhlükəyə hazır olduğunu vurğulayan Katz ABŞ ilə koordinasiyalı şəkildə həm müdafiə, həm də hücum istiqamətində hazırlıq gördüklərini qeyd edib. O, “Təyyarələrimiz havaya qalxmağa hazırdır” ifadəsi ilə Tehrana xəbərdarlıq edib.
Bölgədə gərginlik yalnız hərbi müstəvidə deyil, diplomatik və siyasi sahədə də davam edir. ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında nəzarətin tam ələ keçirildiyini iddia edərək, İran xalqını mövcud rejimə qarşı etirazlara və ayaqlanmağa çağırıb.
Son bəyanatların fonunda Yaxın Şərqdə hərbi qarşıdurmanın genişlənməsi ilə bağlı narahatlıqlar daha da artıb.