Əsas məzmuna keç

Avstraliyada süni intellektlə hazırlanan mahnılara qadağa

Avstraliyada süni intellektlə hazırlanan mahnılara qadağa

Avstraliya Səsyazma Sənayesi Assosiasiyası (ARIA) süni intellekt tərəfindən tamamilə yaradılan musiqi əsərləri ilə bağlı yeni qaydalar tətbiq edib.

en ru

Səsyazma Sənayesi Assosiasiyası (ARIA) avqustun 28-dən etibarən tamamilə vasitəsilə mahnıların rəsmi siyahılarına daxil edilməyəcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yeni qaydalara əsasən, əsər əsasən insan əməyinin nəticəsidirsə və süni intellekt yalnız köməkçi vasitə kimi istifadə olunubsa, həmin mahnının siyahılara daxil edilməsinə icazə veriləcək.

Bununla yanaşı, süni intellektdən musiqi siyahılarını manipulyasiya etmək məqsədilə istifadə olunmasına yol verilməyəcək.

ARIA rəhbərlərindən Annabelle Herd bildirib ki, sənətçilərin yaradıcılıq prosesində süni intellekt alətlərindən istifadə etməsi müasir dövrdə təbii haldır. Lakin mahnının bütövlükdə maşın tərəfindən hazırlanması fərqli məsələdir.

Herd yeni qaydaların musiqiçilər üçün daha şəffaf və ədalətli mühit yaratmaq məqsədi daşıdığını qeyd edib. O, digər musiqi platformalarını da yaradıcı insanların əməyini qorumaq üçün oxşar addımlar atmağa çağırıb.

Qərarın qəbul edilməsinə səbəb olan əsas hadisələrdən biri isə iyul ayında baş verib. Süni intellektlə hazırlanan bir mahnı Avstraliya radiolarında ən çox səsləndirilən əsərlərdən birinə çevrilib və iki fərqli ARIA siyahısında 4-cü pilləyə yüksəlib.

Bu hadisə musiqi sənayesində ciddi müzakirələrə səbəb olub və süni intellektlə musiqilərlə bağlı yeni qaydaların tətbiqi məsələsini gündəmə gətirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…