Əsas məzmuna keç

Avstraliya süni intellektin tənzimlənməsi üçün yeni qurum yaradır

Avstraliya süni intellektin tənzimlənməsi üçün yeni qurum yaradır

Rəsmi Kanberra süni intellekt standartlarını koordinasiya etmək və böyük məlumat mərkəzlərinə nəzarəti gücləndirmək məqsədilə xüsusi ofis təsis edir.

en ru

hökuməti texnologiyalarının tənzimlənməsi və ölkədə fəaliyyət göstərən böyük məlumat mərkəzlərinə nəzarətin gücləndirilməsi məqsədilə yeni dövlət qurumunun yaradıldığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Entoni Albaniz tərəfindən elan olunan qərara əsasən, "Office of AI" (Süni İntellekt Ofisi) birbaşa Nazirlər Kabinetinin və Baş nazirin departamenti nəzdində fəaliyyət göstərəcək.

Baş nazir bildirib ki, yeni süni intellekt sahəsində indiyədək müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətləri vahid idarəetmə mexanizmi altında birləşdirəcək. Onun sözlərinə görə, əsas məqsəd texnologiyanın Avstraliyada təhlükəsiz, səmərəli və milli maraqlara uyğun şəkildə tətbiqini təmin etməkdir.

Məlumata görə, yeni ofis investorlar üçün daha şəffaf təsdiq mexanizmləri və sadələşdirilmiş uyğunluq prosedurları təqdim edəcək. Gələn ilin əvvəlində parlamentə təqdim olunacaq qanunvericilik layihəsində isə böyük məlumat mərkəzlərinin tikinti yerləri, və su istehlakı ilə bağlı yeni tələblərin yer alacağı bildirilir.

Ekspertlər hesab edirlər ki, məlumat mərkəzlərinin sürətlə artması enerji qiymətlərinə və ətraf mühitə mənfi təsir göstərə bilər. Hazırda Avstraliyada süni intellekt sahəsini tənzimləyən ayrıca qanunvericilik mövcud deyil və bu istiqamətdə nəzarət əsasən məxfilik, istehlakçı hüquqları və könüllü etik prinsiplər çərçivəsində həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…