Əsas məzmuna keç

Şoyqu: Ermənistan Qərbə yönəlib, Rusiya biznesinə qarşı təzyiq var

Şoyqu: Ermənistan Qərbə yönəlib, Rusiya biznesinə qarşı təzyiq var

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrəvanı Moskva ilə əlaqələri azaltmaqda və Rusiyanın investisiya qoyduğu müəssisələri ələ keçirməkdə ittiham edib.

en ru

Şurasının katibi İrəvanın Moskva ilə strateji müttəfiqlik münasibətlərindən uzaqlaşaraq Qərbə meyil etməsini kəskin tənqid edib və rəhbərliyini Rusiya kapitalı ilə fəaliyyət göstərən müəssisələrə qarşı qanunsuz təzyiqlər göstərməkdə ittiham edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Şurasının Elmi-ekspert Şurasının rəyasət heyətinin iclasında məlumat verilib.

Məlumata görə, Şoyqu Ermənistanın Cənubi Qafqazda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşaraq NATO və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməsini “istehlakçı münasibəti” kimi qiymətləndirib. Rusiya rəsmisi bildirib ki, Moskva Ermənistanın Avropaya inteqrasiya prosesini və bunun yaradacağı iqtisadi fəsadları maliyyələşdirməyəcək. O, həmçinin İrəvanın Rusiya investisiyalı şirkətlərə, o cümlədən dəmir yolları şəbəkəsinə qarşı nümayiş etdirdiyi siyasəti “reyd yolu ilə ələ keçirmə” və absurd adlandırıb.

Şoyqu regiondakı geosiyasi vəziyyətə toxunaraq ABŞ və Aİ-nin Rusiya və İranın mövqelərini zəiflətməyə çalışdığını bildirib. O, eyni zamanda Gürcüstanla ticarət dövriyyəsinin 2026-cı ilin yanvar-iyul aylarında 20,7% artaraq 1,8 milyard dollara çatdığını diqqətə çatdırıb və Moskva ilə Bakı arasında keçmiş böhranlı dövrün birgə səylərlə geridə qaldığını vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…