Əsas məzmuna keç

Tailand Malakka boğazına rəqib olacaq 30 milyard dollarlıq “Quru körpüsü” layihəsini canlandırır

Tailand Malakka boğazına rəqib olacaq 30 milyard dollarlıq “Quru körpüsü” layihəsini canlandırır

Tailand hökuməti Cənub-Şərqi Asiyanın logistika mərkəzinə çevrilmək üçün iddialı nəqliyyat dəhlizi layihəsini yenidən gündəmə gətirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

onilliklər ərzində ən iddialı infrastruktur layihələrindən biri hesab olunan və dəyəri 30 milyard dollar qiymətləndirilən “Quru körpüsü” (Land Bridge) layihəsini yenidən işə salmağa hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu nəhəng layihə Tailand körfəzi ilə Andaman dənizini birləşdirərək, dünyanın ən sıx ticarət marşrutlarından biri olan Malakka boğazına alternativ yaratmağı hədəfləyir.

Aprel ayında vəzifəyə gələn Anutin Çarnvirakulun təşəbbüsü ilə yenidən gündəmə gələn layihə, Tailandın cənubunda dəmir yolları və magistralları ilə birləşdiriləcək iki dərin dəniz limanının tikintisini nəzərdə tutur.

Hökumət rəsmiləri hesab edirlər ki, bu dəhliz tədarük zəncirinin dayanıqlılığını artıracaq, yükdaşıma müddətlərini qısaldacaq və Tailandı Cənub-Şərqi Asiyanın əsas logistika mərkəzinə çevirəcək.

“Reuters” agentliyinin əldə etdiyi hökumət sənədlərinə görə, layihə çərçivəsində limanları birləşdirən ikiqat dəmir yolu şəbəkəsi və müvafiq infrastrukturu qurulacaq.

Tam istifadəyə verildikdə, bu kompleksin illik 20 milyon TEU (iyirmi futluq konteyner) yük dövriyyəsinə çatacağı proqnozlaşdırılır.

Layihənin tərəfdarları bunun cənub bölgəsinə böyük iqtisadi töhfələr verəcəyini, yeni iş yerləri yaradacağını və logistika, turizm, xidmət sektorlarını stimullaşdıracağını vurğulayırlar.

Ranong əyalətinin iş adamları bu dəhlizin bölgəni əsas ticarət qapısına çevirəcəyinə inanırlar.

Bununla belə, təşəbbüs yerli sakinlər, ekoloji qruplar və tədqiqatçılar arasında ciddi narahatlıq doğurur.

Planlaşdırılan marşrut boyu yaşayan icmalar layihənin balıqçılıq, kənd təsərrüfatı və turizm kimi ənənəvi dolanışıq mənbələrinə təhlükə yarada biləcəyindən ehtiyat edirlər. Ekoloji fəallar isə ictimai müzakirələrin qeyri-kafi olduğunu və layihənin iqtisadi səmərəliliyinin şübhə doğurduğunu bildirirlər.

Analitiklər layihənin qlobal tranzit marşrutu kimi “Malakka boğazı” ilə birbaşa rəqabət apara biləcəyinə dair ehtiyatlı yanaşsalar da, bəzi ekspertlər bunun Tailandın daxili nəqliyyat şəbəkəsini gücləndirmək və təhlükəsizliyini artırmaq üçün strateji əhəmiyyət daşıya biləcəyini qeyd edirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…