Əsas məzmuna keç

Şuşa və Xankəndi arasında kanat yolu qurulur

Şuşa və Xankəndi arasında kanat yolu qurulur

Aydın Kərimov WUF13-də Qarabağın yeni infrastruktur planlarını açıqladı. Ağdam və Xocalı yolları ilə yanaşı, bölgədəki hava xəttinin detalları da bəlli olub.

en ru

Şuşada infrastrukturu təmin edilib. Əhmədbəyli–Füzuli–Şuşa yolunda ümumi uzunluğu 12,7 km (iki istiqamət üzrə) olan 7 avtomobil tunelinin tikintisi həyata keçirilib. Qarabağ küçəsindən Çuxur məhəlləsi istiqamətində (“Torpaq Meydanı”na doğru) yol tikintisi aparılıb və yeraltı kommunal xətlər çəkilib. Həmçinin yeraltı rabitə şəbəkələri quraşdırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın deyib.

O qeyd edib ki, Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi nəticəsində Şuşa şəhərinə olan məsafə azaldılıb. Həmçinin Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…