Əsas məzmuna keç

Şuşa abidələrinə yeni köçürülmə qadağası

Şuşa abidələrinə yeni köçürülmə qadağası

Mədəniyyət Nazirliyi Şuşa şəhərindəki tarixi abidələrin qorunması üçün ciddi addım atıb. Yeni qaydalar nələri dəyişir və hansı məhdudiyyətlər tətbiq olunub?

en ru

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Azərbaycanın paytaxtı – şəhəri haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.

Layihə parlamentin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Məlumat verilib ki, qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müddəanın dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" müvafiq qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.

Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.

Qeyd olunub ki, təklif olunan dəyişikliklərin qəbulu normativ hüquqi aktlar arasında uyğunluğun təmin olunmasına xidmət edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…