Operativ Məlumat Mərkəzi

Suriyanın keçid prezidenti Almaniyaya səfərini ləğv etdi

1 dəq
Paylaş:
Suriyanın keçid prezidenti Almaniyaya səfərini ləğv etdi
bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.Bildirilib ki, Əhməd əş-Şaraanın Almaniyaya səfəri yanvarın 20-nə...

Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa Almaniyaya planlaşdırılan səfərini ləğv edib.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Əhməd əş-Şaraanın Almaniyaya səfəri yanvarın 20-nə planlaşdırılıb. Səfər çərçivəsində onun Almaniya Prezidenti Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə görüşləri nəzərdə tutulurdu.

Nəşrin məlumatına görə, “Əş-Şaraa Berlinə səfərini ləğv edib”.

Qərarın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər