Əsas məzmuna keç

Suriya Prezidenti kürd lideri özünə müşavir təyin etdi

Suriya Prezidenti kürd lideri özünə müşavir təyin etdi

Suriya rəhbərliyi ilə kürd qüvvələri arasında inteqrasiya prosesi yeni mərhələyə qədəm qoyub.

en ru

Prezidenti əş-Şaraa Suriya Demokratik Qüvvələrinin lideri Abdini müşavir təyin edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “SANA” agentliyinin yaydığı məlumata əsasən, Əhməd əş-Şaraa bununla bağlı fərman imzalayıb.

Sənəddə Məzlum Abdi kimi tanınan Mustafa Xəlil Abdinin Suriya Prezidentinin müşaviri vəzifəsini icra edəcəyi qeyd olunub.

Təyinat tərəflər arasında bir neçə aydır davam edən danışıqların nəticəsi kimi qiymətləndirilir. Məzlum Abdi avqustun 25-də rəhbərlik etdiyi silahlı dəstələrin buraxıldığını və hərbi və inzibati strukturlarının Suriyanın dövlət institutlarına tam inteqrasiya edildiyini açıqlamışdı.

Bu addım Suriyada daxili gərginliyin azaldılması və mərkəzi hakimiyyətin ölkə ərazisində nəzarətinin bərpası istiqamətində mühüm mərhələ hesab olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…