Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp Suriyanın yenidən qurulmasına dəstək mesajı verdi

2 dəq
Paylaş:
Tramp Suriyanın yenidən qurulmasına dəstək mesajı verdi

Prezidenti Əhməd əl-Şaraa ilə ABŞ Prezidenti Tramp arasında olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Danışıq zamanı tərəflər Suriya-ABŞ ikitərəfli münasibətlərini, eləcə də regionda və arenada baş verən son hadisələri müzakirə ediblər.

Əhməd əl-Şaraa Suriyanın yenidən qurulması mərhələsində ölkəyə beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, qalan sanksiyaların aradan qaldırılması ölkə iqtisadiyyatının bərpası və əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm addım ola bilər.

Suriya liderinin sözlərinə görə, sanksiyaların ləğvi investisiya mühitini yaxşılaşdıracaq və iqtisadi layihələrin həyata keçirilməsi üçün daha əlverişli şərait yaradacaq.

Tərəflər həmçinin regional və gərginliklərdən irəli gələn problemləri də müzakirə ediblər. Əl-Şaraa böhranların həlli üçün diplomatik yanaşma və dialoqun vacibliyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp isə regionda sabitliyin qorunmasının və Suriyanın yenidən qurulması səylərinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.

Sonda tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əlaqələrin və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax