Operativ Məlumat Mərkəzi

Süni intellekdən bu dəfə hərbi sahədə istifadə olundu

2 dəq
Paylaş:
Süni intellekdən bu dəfə hərbi sahədə istifadə olundu
vizual analiz firması "Satim"in süni intellektə malik yeni müşahidə peyki Rusiyanın Qara dənizdəki döyüş gəmilərini peyklərdən gizlətmək üçün xüsusi...

Süni intellekt kamuflyaj edilmiş Rusiya gəmilərini tapıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vizual analiz firması "Satim"in süni intellektə malik yeni müşahidə peyki Rusiyanın Qara dənizdəki döyüş gəmilərini peyklərdən gizlətmək üçün xüsusi kamuflyaj boyaları ilə örtdüyünü ortaya çıxarıb.

Bu sahədə ixtisaslaşmış “Naval News”un əldə etdiyi məlumata görə, Rusiya Qara dənizdə gəmilərini kamuflyaj edən boyalardan istifadə edərkən döyüş gəmilərinin müəyyən hissələrini tündləşdirərək ölçülərini gizlətməyə çalışıb.

Mütəxəssislər bildirirlər ki, kamuflyaj edilmiş döyüş gəmilərini insan gözü ilə təsnif etmək olduqca çətindir. Rusiyanın tarixində ilk dəfə olaraq qabaqcıl kamuflyajdan istifadə etməyə başladığına dair məlumatların da yer aldığı təhlildə, Rusiyanın klassik kamuflyaj üsullarının yalnız hədəfi çaşdırmaq məqsədi daşıdığı aydın olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər