Əsas məzmuna keç

Süleyman Soylu: “ABŞ seçkilərə müdaxilə edir”

Süleyman Soylu: “ABŞ seçkilərə müdaxilə edir”

“ABŞ seçkilərə müdaxilə edir”. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden 2016-cı ildə...

“ABŞ seçkilərə müdaxilə edir”.

"Operativ Məlumat Mərkəzi-OMM" “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Soylu deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden 2016-cı ildə çevriliş cəhdi ilə eləmək istəmədiyini, amma bacarmadığını indi seçkilərlə etmək niyyətindədir: “Bizim siyasətimizi bəyənməyənlər qarşı tərəfə keçir. FETÖ hələ də gündəmdədir. Hansısa əməliyyatın icra olunduğunu hər kəs görür”.

Qeyd edək ki, daha əvvəl Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Rusiyanın seçkilərə müdaxilə etdiyini iddia etmişdi.

Xatırladaq ki, mayın 14-də Türkiyədə və parlament seçkiləri keçiriləcək. postu uğrunda üç namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və İttifaq partiyaları daxildir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…