Operativ Məlumat Mərkəzi

"Starlink"in işində problem yaranıb

1 dəq
Paylaş:
"Starlink"in işində problem yaranıb
bu barədə ordunun komandanı Robert Brovdi məlumat verib. O, "Telegram" kanalında paylaşım edərək, “Starlink yenidən bütün cəbhə boyu fəaliyyətini...

"Starlink" peyk rabitə sistemi bütün cəbhə xətti boyunca Ukrayna Silahlı Qüvvələri (AFU) üçün fəaliyyətini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun komandanı Robert Brovdi məlumat verib.

O, "Telegram" kanalında paylaşım edərək, “Starlink yenidən bütün cəbhə boyu fəaliyyətini dayandırdı” – deyə əlavə açıqlama verib.

Eyni zamanda, "Downdetector" xidmətinin hesabatına əsasən, ABŞ-dən 40 mindən çox istifadəçi "Starlink" sistemində nasazlıqlarla üzləşib.

Oxşar fasilələr İtaliya, Polşa və digər ölkələrdə də qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər